Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Denge qızdırması ilə bağlı XƏBƏRDARLIQ

0

  • Orta temperaturların yüksəlməsi, yağıntı həcminin artması və quraqlıq dövrlərinin uzanması ilə xarakterizə olunan qlobal istiləşmə dünyada denge qızdırmasına yoluxma hallarında rekord saya səbəb ola bilər.KONKRET.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) xəbərdarlıq edib.“Yer kürəsi əhalisinin demək olar ki, yarısı təxminən 129 ölkədə denge qızdırmasına yoluxma riskinə məruz qalıb, – deyə ÜST-nin Tropik xəstəliklər ilə mübarizə üzrə Qlobal proqramının rəhbəri, doktor Raman Velayudan bildirib və əlavə edib: “Bizim qiymətləndirmələrimizə görə, hər il bu xəstəliyə 100-dən 400 milyona qədər yoluxma halı qeydə alınır”.Həmçinin sınıq sümük qızdırması adlanan denge qızdırması insanlara ağcaqanadlar vasitəsilə keçirilən ən çox yayılmış virus infeksiyasıdır. Denge qızdırmasına yoluxmuş insanların əksəriyyətində heç bir simptom olmur və onlar bir-iki həftəyə sağalırlar. Lakin bəzi insanlarda denge ağır formada keçir və onlara stasionar müalicə tələb olunur.Mənbə: konkret.az
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməCəmiyyət
    Kateqoriyaİqtisadiyyat
    Yerləşdirdi
    Yerləşdirildi1 il öncə
    İzlənib59 dəfə
    denge qızdırması ilə bağlı xƏbƏrdarliq

    Maraqlı gələ bilər
    0
    39
    45
    0
    47